"MOİK komandasına təşəkkür düşür. Son saniyələrdə qol vurduq. Sevincimin həddi-hüdudu yoxdur".
Sabahinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
"İlk dəfə idi bu torpaqlarda olurdum. Tarixi bir gün oldu. Bu tarix boyu yaddaşlarda qalacaq və heç vaxt silinməyəcək. Bütün xalqımızı təbrik edirəm. Başda cənab Prezident İlham Əliyev olmaqla Ordumuza təşəkkür edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr versin. Qazilərimizə şəfa diləyirəm", - deyə Q.Qurbanov qeyd edib.