Oktyabrın 10-u saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.
Sabahinfo.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Şahdağda qar yağıb, şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib. Düşən yağıntının miqdarı Astarada 24 mm, Lənkəranda 14 mm, Yevlaxda 10 mm, Şahdağ, Qaxda 7 mm, Yardımlı, Şəki, Ordubad, Mingəçevir, İsmayıllı, Şərur, Zaqatala, Göyçay, İmişli, Oğuz, Naftalan, Gədəbəy, Sabirabad, Qrız, Quba, Lerik, Qəbələ, Naxçıvan, Şahbuz, Daşkəsən, Gəncə, Qusar, Şamaxı, Ağsu, Tərtər, Beyləqan, Kürdəmir, Biləsuvarda 6 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Oktyabrın 9-da şimal-qərb küləyi arabir Naftalan, Daşkəsəndə 28 m/s, Mingəçevirdə 26 m/s, Qobustanda 24 m/s, Tərtərdə 22 m/s, Şahdağ, Tovuz, Şirvan, Neftçala, Gəncədə 20 m/s, Gədəbəydə 18 m/s, Yevlaxda 16 m/s, Bakıda və Abşeron yarımadasında 27-32 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.4 metrə çatıb.