Şirvan Appelyasiya Məhkəməsində Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbirdə iştirak etdim. Şirvan Appelyasiya Məhkəməsinə aid rayon, şəhər məhkəmə sədrləri, hakimləri, məhkəmə-hüquq sisteminin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə Ulu Öndərin siyasi, dövlətçilik fəaliyyəti bağlı dəyərli çıxışlar oldu. Heydər Əliyevin məhkəmə- hüquq sistemi ilə bağlı gördüyü işlərdən, apardığı islahatlardan, onun fəaliyyəti dövründə bu sahədə, insan haqları ilə bağlı qəbul edilən normativ aktlardan və s. söz açıldı. Qeyd olundu ki, qanunçuluq, qanunun aliliyi həmişə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin əsas meyarı olub.
İltizam Yusifov
Milli Məclisin deputatı