Şirvanda möhtəşəm bayram konserti

10 may 2023-cü il tarixində şəhərin Heydər Əliyev meydanında Şirvan Şəhər İcra Hakimiyyətinin və Azərbaycan Televiziyasının birgə təşkilatçılığı ilə Ümummilli lider, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib. Respublikamızın tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə keçirilən konsert proqramı möhtəşəm atəşfəşanlıqla sona çatıb.