Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanır. Bu barədə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bu gün “Siyasi partiyalar: Zəfər, yeni reallıq və dialoq” mövzusunda keçirilən görüşdə məlumat verib.
Şöbə müdiri qeyd edib ki, “Siyasi partiyalar haqqında” yeni qanunun layihəsinə dair siyasi partiyalar tərəfindən təqdim olunmuş təkliflər müzakirə edilir.