"Sizə qulaq asdıqca adamı dəhşət bürüyür" - Spikerdən deputatlara irad

“Sizə qulaq asdıqca adamı dəhşət bürüyür. Elə bil ki, ölkə bütün uçuruma gedir”.

Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deputat Jalə Əliyevanın çıxışından sonra deyib. 

"Sosial sahə ilə bağlı bu qədər işlər görülür. Nəyə görə heç biriniz bu barədə danışmırsınız?! Yadınıza salın bütün işləri! Nə üçün bu haqda danışmırsınız?",- deyə sədr əlavə edib.