Mayın 14-də Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Ersin Tatar parlamentlərarası əlaqələrin dərinləşdirilməsi məsələlərini müzakirə etmək üçün adada səfərdə olan Azərbaycan və Türkiyə parlamentarilərinin şərəfinə rəsmi nahar verib.
AZƏRTAC xəbər verir ki, ŞKTR Prezidenti azərbaycanlı qonaqları salamlayıb və qardaş ölkə ilə dialoqun inkişafının əhəmiyyətini qeyd edib.
Şimali Kiprin dövlət başçısı Azərbaycan mediasının azərbaycanlı parlamentarilərin Lefkoşaya səfərini diqqət mərkəzində saxladığını xüsusi qeyd edib.
Azərbaycan-Şimali Kipr Türk Respublikası parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun sədri Cavanşir Feyziyev qonaqpərvərliyə görə ŞKTR rəhbərliyinə minnətdarlığını bildirib. O, Azərbaycan tərəfinin Türkiyə və Şimali Kipr xalqları ilə dialoqu davam etdirməyə hazır olduğunu vurğulayıb.