Şortik qadağası ilə bağlı açıqlama - VİDEO

Tələbələrin nəzərinə! İctimai qaydalara uyğun olaraq, əsaslı kitabxanaya qısa şalvarda, maykada gəlmək qəti qadağandır!  Bu elanla tibb universitetinin tələbələri kitabxananın qarşısında rastlaşıblar. Bu elan tələbələrin narazılığına səbəb olub, sosial şəbəkələrdə də geniş müzakirə edilib. Bəs ali məktəb rəsmiləri bu addımı nə ilə əsaslandırıblar ? 

Bakıvaxtı.az Xəzər TV-yə istinadən xəbər verir ki, tələbələrə şortik və maykada gəlmək qadağan edildi.

Azərbaycan Tibb Universitetində tələbələrə şortik və maykada kitabxanaya girişin qadağan olunması ilə bağlı elan vurulub.Elandakı bu yazı sosial  şəbəkələrdə də geniş müzakirələrə səbəb   olub..

Tələbələr bildirdirlər ki, xüsusilə yay aylarında istilərlə əlaqədar kitabxanada daha rahat geyimdə olmaq əlverişlidir.

Azərbaycan Tibb Universitetinin Əsaslı Kitabxananın direktoru Ziyafət Eminova isə bildirdi ki, qadağa elanı tələbələrin özlərinin çoxsaylı müraciətləri əsasında yazılıb...Belə ki, Kitabxana 24 saat fəaliyyət göstərir. Ona görə də, bəzən axşam və gecə vaxtı kitabxanaya gələn bəzi tələbələrin geyimləri digər şəxsləri narahat edib. 

Kitabxanın direktoru onu da bildirdi ki, qaydalara əməl etməyənlərlə bağlı hələ ki,hər hansı bir tədbir görülməyib..