"Soydaşlarımızın Qərbi Azərbaycana qayıtması məsələsi Ombudsmanın diqqətində olmalıdır" - Deputat

"Soydaşlarımızın Qərbi Azərbaycana qayıtması məsələsi Ombudsmanın diqqətində olmalıdır".

Sabahinfo.az xəbər verir ki, bunu İnsan Hüquqları Komitəsinin iclası zamanı Milli Məclisin deputatı Elşad Mirbəşir deyib.

Deputat bildirib ki, Ermənistanda Ombudsman saxta soyqırımı məsələlərini daim gündəmdə saxlayır.

"Hazırda aktiv şəkildə soydaşlarımızın Qərbi Azərbaycana qayıtması məsələsi müzakirə olunur. Sözügedən məsələdə Ombudsman Aparatının da fəaliyyətinin olması vacibdir" - , E.Mirbəşir vurğulayıb.