"Azərbaycan Respublikasının dövlət müstəqilliyi xalqımızın iradəsi ilə bərpa edilib. Bu müstəqillik əbədi olub və olacaqdır".
Sabahinfo.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov deyib. O bildirib ki, ölkəmizin suverenliyinə, dövlətçilik prinsip və dəyərlərinə qarşı yönəlmiş hər hansı ideoloji çağırış, xüsusilə totalitar rejimlərin simvollarının təbliği qəti şəkildə qəbuledilməzdir:
"SSRİ bayrağı altında yürüş etməyə cəhd göstərən şəxslərin fəaliyyəti dövlətçiliyimizə, tariximizin ağrılı səhifələrinə və müstəqillik uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə hörmətsizlikdir və Azərbaycan dövləti bu kimi hallara heç vaxt göz yummayacaq.
Sözün əsl mənasında, Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları ictimai sabitliyi və konstitusiya quruluşunu hədəfə alan hər bir cəhdin qarşısını almaqda davam edəcək. Bu torpaq üzərində heç bir qüvvə müstəqilliyimizə kölgə sala bilməz".