Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı ilə bağlı xəbərlər yenidən gündəmə gəlib. Biz bütün detaları ilə bilmirik ki, bu, müqavilədə nələr nəzər tutulub. Gerçəkdən erməniyə etibar etməsək də belə sənədlərin imzalanması çox zərurət təşkil edən məsələdir.Çünki gələcəkdə regionda sabitlik, davamlı sülh üçün Azərbaycanın strateji maraqlarına cavab verən sənədin Ermənistanla imzalanması lazımdır.
Amma belə müqavilə Ermənistandan təzminat tələblərini arxa plana atmamalıdır. 30 il ərzində Azərbaycanın şəhərləri, kəndləri yer üzündən silinib. Görünür, ermənilərin həyat prinsipləri quldarlıq dövrü ilə oxşarlıq edir. Dünyanın heç bir yerində, hətta Afrika cəngəlliklərində də belə xalqlara rast gəlmək mümkün deyil. Bu tarixin acı reallığıdır. Bu gün bərpa işləri, yaşayış yerlərinin yenidən inşası dövlət büdcəsi hesabına başa gəlir.
Hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Ermənistanın bu əməlləri beynəlxalq cinayət sayılmalıdır. Bu toplum bir sıra beynəlxalq konvensiyaların o cümlədən Haaqa Konvensiyasının, Müharibə vaxtı mülki əhalinin müdafiəsi haqqında 12 avqust 1949-cu il Cenevrə Konvensiyasının, 1949-cu il Cenevrə Konvensiyalarına əlavə Protokolda ehtiva edilmiş beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozublar. Belə cinayət törədənlərin hüquqi müstəvidə cəzalandırılması ilə bağlı dünyada yetərincə təcrübələr var.
II dünya müharibəsində qanlı cinayətlər törətmiş, minlərlə günahsız insanın ölümünə bais olan faşist Almaniyasıında bir sıra şəxslər məhkəmə qarşısına çıxarılaraq layiqli cəzalarını aldılar. Məhkəmədən sonra ittiham çıxışındakı tələblər nəzərə alınmaqla 21 canidən 12 nəfəri ölüm, qalanları isə müxtəlif növlü cəzalara məhkum edildi. Həmin müharibədə zərçəkmiş yəhudi xalqı Hitler Almaniyasının varisi olan indiki Almaniyadan son dövrlərə qədər təzminat aldı.
Ona görə, biz beynəlxalq təcrübəyə əsaslanaraq daha təsiredici mexanizmlər üzərində düşünməliyik. Bu mexanizmlərdən yalnız biri erməni cinayətlərinin beynəlxalq məhkəməyə yönəltməkdir. Təkzibolunmaz faktları nəzərə alaraq bu müstəvidə xeyli addımlar atmaq mümkündür
Əkrəm Bəydəmirli