"Sülh sazişi Azərbaycanın təşəbbüsü olub".
Sabahinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.
“Sülh sazişinin mətni hazırlanaraq qarşı tərəfə təqdim edildi. Müzakirələrin harda edilməsi yox, nə müzakirə edildiyi önəmlidir. Sülh sazişi ilə bağlı 70% məsələ razılaşdırılıb”, - deyə H.Hacıyev bildirib.