Sülhməramlılar Qarabağın bu ərazilərindən ÇIXDI

Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları iki nəzarət-buraxılış məntəqəsini ləğv edərək oradan çıxıblar. 

Sabahinfo.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, sökülən hər iki nəzarət-buraxılış məntəqəsi Xocavənd və Xocalı ( Sos və Xaçmaç kəndləri - red. ) rayonlarında yerləşirdi. 

Bildirilib ki, sülhməramlılar həmin kəndlərdə nəzarət-buraxılış məntəqəsi saxlamağı mənasız hesab edib, ona görə də onu söküblər. 

Ərazidən çıxan rusiyalı hərbçilərin hara köçürülməsi haqqında məlumat verilməyib. (unikal)