Sülhməramlılar separatçıların qanunsuz daşımalarını müşayiət edirlər

Sosial şəbəkələrdə erməni separatçıların Azərbaycanın Qarabağ bölgəsində, Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazisində qanunsuz hərbi daşımalarını əks etdirən görüntülər yayılıb.

Sabahinfo.az-ın məlumatına görə, kadrlardan bəlli olur ki, rusiyalı sülhməramlılar qanunsuz hərbi daşımaları gerçəkləşdirən erməni hərbi birləşmələrini müşayiət edirlər.