Qazaxıstan sülhməramlılarının Azərbaycan-Ermənistan sərhədinə göndərilməsi məsələsi gündəlikdə yoxdur.
Sabahinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan xarici işlər naziri Muxtar Tleuberdi açıqlama verib.
Onun sözlərinə görə, ilk addım Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya komissiyasının işini bərpa edilməsidir.
“Biz quru sərhədlərimizi və dəniz sərhədlərimizi tam demarkasiya etdiyimiz üçün öz təcrübəmizi tərəflərlə bölüşə bilərik. Demarkasiya Rusiya istisna olmaqla, bütün qonşularımızla yekunlaşıb. Rusiya ilə demarkasiya yəqin ki daha 2-3 il vaxt aparacaq”, - o deyib.