Sülhməramlıların Azərbaycan ərazisindən çıxarılması BAŞA ÇATDI - VİDEO

Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə Azərbaycan MN məlumat yayıb.

"Sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası ərazimizi tam tərk edib", MN-in məlumatında deyilir.