“Sumqayıt” klubu futbolçular Kristian Velinovski və Nikola Vuynoviç ilə yollarını ayırıb.
“Gənclik şəhəri” təmsilçisinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, hər iki legionerin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, K.Velinovski 2023-cü ildə, N.Vuynoviç isə ötən ilin yayında transfer edilmişdi.