2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 44 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mehriban Vəliyevanın YAP Sumqayıt şəhər təşkilatının qərargahında şəhər ağsaqqaları və ziyalılarla görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Yeni Azərbaycan Partiyasının bu zamana qədər Azərbaycanın inkişafında müstəsna rol oynadığını, bundan sonra da ölkəmizin tərəqqisi naminə reallaşdırılacaq strateji kursa öz töhfəsini verəcəyini deyib.
Daha sonra o, deputatlığa namizəd Mehriban Vəliyevanın fəaliyyəti barədə seçicilərə ətraflı məlumat verib.
Çıxış edən deputatlığa namizəd Mehriban Vəliyeva bildirib ki, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan bu gün regionda yeni reallıqlar yaradıb. Qeyd olunub ki, yeni dövrün reallıqlarına uyğun hədəflər uğurla reallaşdırılır, ölkəmizdə sosial-iqtisadi inkişafın davam etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində məqsədyönlü addımlar atılır.
M.Vəliyeva çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb.
Seçicilər də öz növbəsində seçimlərinin YAP-ın namizədi olacağını bildiriblər.
Daha sonra M.Vəliyeva Vətən müharibəsi şəhidləri Təbriz Alməmmədovun, Mahir Xələflinin və Daşqın Ağayevin ailələrini ziyarət edib.