Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasında müalicəsi davam etdirilən 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsindən Cərrahiyyə şöbəsinə köçürülüb.
Bu barədə Sabahinfo.az-a Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən bildirilib.
Qeyd edilib ki, onun vəziyyəti stabildir.
“1960-cı il təvəllüdlü Tərlan Fərəcovanın Reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti orta-ağır qiymətləndirilir. 1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir”, - məlumatda vurğulanıb.