Sumqayıtlı deputat şəhər çempionatının bağlanış mərasimində iştirak edib

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyi və Sumqayıt regional "ASAN xidmət" mərkəzinin birgə təşkilatçılığı ilə 15 iyun - "Milli Qurtuluş Günü"nə həsr olunmuş "Voleybol" üzrə şəhər çempionatı baş tutub.

Sumqayitfakt.Az-ın məlumatına görə, iki gün keçirilən çempionatda ümumilikdə 6 komanda iştirak edib. Final mərhələsinə vəsiqə qazanmış komandaların gərgin mübarizəsi nəticəsində YAP Sumqayıt şəhər Təşkilatının Gənclər Birliyini təmsil edən komanda 1-ci, Sumqayıt Regional ASAN Xidmət Mərkəzini təmsil edən komanda 2-ci, GİKM Sumqayıt Nümayəndəliyini təmsil edən komanda 3-cü yeri qazanıblar. Bağlanış mərasimində təşkilatçılarla yanaşı Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə, Elm və Təhsil komitələrinin üzvü, deputat Müşfiq Məmmədli qonaq qismində iştirak edib.