Suriyanın Müdafiə Nazirliyi yenidən təşkil ediləcək

Suriyanın yeni rəhbərliyi ölkənin Müdafiə Nazirliyini yenidən təşkil etmək niyyətindədir.

Sabahinfo.az xəbər verir ki, bu barədə məlumatı “Əl-Cəzirə” telekanalına Suriyanın keçid hökumətinin rəhbəri Məhəmməd əl-Bəşir açıqlayıb.

Onun sözlərinə görə, nazirliyin ştatına hakimiyyətə gələn müxalif qruplaşmanın döyüşçüləri, eləcə də devrilmiş rejimin fərari zabitləri daxil ediləcək.