"Şuşa Bəyannaməsi ilə münasibətlərimiz müttəfiqlik səviyyəsinə yüksəlib"

Prezidentlərimiz tərəfindən 15 iyun 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi ilə münasibətlərimiz müttəfiqlik səviyyəsinə yüksəlib.

Sabahinfo.az xəbər verir ki, bunu Türkiyə vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında bildirib.

“Əməkdaşlığımızın bu səviyyəyə yüksəlməsi prezidentlərimizin qətiyyəti və ortaq vizionları sayəsində mümkün olub”, - Cevdet Yılmaz vurğulayıb./APA