Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin 2 ili tamam olur. 2021-ci il iyunun 15-də Türk Dünyasının mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalanmış Bəyannamə Türkiyə ilə qardaşlıq münasibətlərimizdə yeni səhifə açdı. Şuşa bəyannaməsilə iki ölkə arasında enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu, iqtisadiyyat və digər önəmli sahələrdə yeni müttəfiqlik əlaqələri yaradıldı. Bu sənəd qardaş ölkələri bir-birinə daha da yaxınlaşdırdı. Bəyannamənin əsas məqsədi Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri pik həddə çatdırmaqdır.
“Şuşa Bəyannaməsi” ölkəmizin beynəlxalq arenadakı nüfuzunu artırmaqla yanaşı, milli təhlükəsizliyimizə olan təhdidləri aradan qaldırdı, xarici siyasətdə müstəqilliyimizi daha da möhkəmləndirdi. İki ölkə arasında münasibətlərin davamlı inkişafını təmin edən sənəd gələcək nəsillər üçün möhkəm təməllər hazırlayır.
“Şuşa Bəyannaməsi” ilə Qarabağa investisiyaların yatırılmasına, orada bərpa və quruculuq işlərində iştirak etmək istəyən xarici şirkətlərin sayının artmasına səbəb oldu.
Əməkdaşlığımız yeni kommunikasiya əlaqələrinin yaradılmasını zərurətə çevirir. “Zəngəzur dəhlizi”nin reallaşması ilə Türkiyə və Azərbaycan arasındakı münasibətlərin inkişafı yeni tarixi mərhələyə qədəm
Bəyannamədə qeyd edilən ən önəmli məsələlərdən biri də müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləridir. Bu tarixi sənədlə Azərbaycan və Türkiyə bir-birinin təhlükəsizliyini təmin edir.
44 günlük Vətən Müharibəsi və ondan sonrakı müddətdə Azərbaycanın zəfərini qəbul etməyən qüvvələr ölkəmizə qarşı çirkin kampaniyaya başlamışdılar, hətta bizimlə təhdid dililə danışanlar da oldu. Hərbi qüvvələrini Azərbaycanla sərhədə cəmləşdirən, ölkəmizi Qarabağda azad etdiyi ərazilərdən geri çəkilməyə “səsləyən”, “Ermənistan bizim üçün qırmızı çizgidir” deyən həmin qüvvələr məhz Azərbaycan-Türkiyə qardaşlığının qarşısında geri çəkilməyə məcbur oldular.
Cənab Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Prezidenti seçilməsi Şuşa Bəyannaməsinin gələcək taleyinə daha da parlaq işıq saldı, sənədin etibarlı, işlək sabahı haqqında bizdə fikir formalaşdırdı. Cənab Prezident İlham Əliyevin Cənab Ərdoğanın andiçmə mərasiminə dəvət olunması və onun Türkiyədə isti qarşılanması ölkələrimiz arasında bağların qırılmazlığından xəbər verir.
Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin bir araya gələrək hədəflərə doğru birgə addımlamasını, əlaqələrimizin daha da üst səviyyəyə çatdırmağı planlayır. Regionda sülhün təmin olunması, mehriban qonşuluq münasibətlərinin qurulması üçün Azərbaycan və Türkiyə koordinasiyalı fəaliyyət göstərir. Bizim münasibətlərimiz inkişaf etdikcə, regionda sabitlik də buna paralel olaraq artacaqdır.
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Türkiyə Cənubi Qafqazda təhlükəsizliyin və inkişafın təmin olunmasına xüsusu gücə çevrilib. Şuşa Bəyannaməsinin imzalanması türk dünyasının inteqrasiyası prosesini daha da sürətləndirdi.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı