Şuşada 1 tondan artıq narkotik aşkarlandı

Şuşa Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizlik Xidmətinin əmakdaşlarının birgə keçirdikləri profilaktiki tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunub.

Bu barədə Sabahinfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Verilən məlumata görə, tədbir zamanı rayonun Daşaltı kəndinin ərazisində yabanı halda bitən çəkisi 1 tondan artıq olan 2350 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.