Şuşada Milli Məclisin komitələrinin dinləmələri keçirilib - YENİLƏNİB

Milli Məclis Şuşada ilk dəfə dinləmələr təşkil edib.

Sabahinfo.az xəbər verir ki, Milli Məclisin İnsan hüquqları və İctimai birliklər və dini qurumlar komitələrinin Şuşada birgə keçirilən iclasında “İşğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsində tədbirlər”, “Böyük Qayıdış - Məcburi köçkünlərin torpaq və əmlak hüquqlarının təmin edilməsində beynəlxalq hüquq və humanitar təsisatların yeri və rolu” və “Şuşa ili- Qarabağda zəfərin davamı kimi beynəlxalq hüquqi, regional və humanitar nəticələr” mövzularında dinləmələr keçirilib.

*** 13:01

Şuşada Milli Məclisin birgə komitələrinin növbəti iclası keçirilir.

Sabahinfo.az xəbər verir ki, parlamentin İctimai birliklər və dini qurumlar komitəsi ilə İnsan hüquqları komitəsinin Şuşa şəhərində keçirilən birgə iclasının gündəliyinə 3 məsələ daxil edilib.

Toplantıda hər iki komitənin üzvləri iştirak edirlər.

İclasın gündəliyindəki məsələlər aşağıdakılardır:

1. İşğaldan azad edilmiş ərazilərdə dini abidələrin bərpası sahəsində tədbirlərlə bağlı dinləmə;

2. Böyük Qayıdış: Məcburi köçkünlərin torpaq və əmlak hüquqlarının təmin edilməsində beynəlxalq hüquq və humanitar təsisatların yeri və rolu ilə bağlı dinləmə;

3. Şuşa ili: Qarabağda zəfərin davamı kimi beynəlxalq hüquqi, regional və humanitar nəticələrlə bağlı dinləmələr.