Bu gün Şuşada Qarabağ regionunun bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumu işinə başlayıb.
Sabahinfo.az xəbər verir ki, tədbirdə Azərbaycanla yanaşı, Türk Dövlətləri Təşkilatının 4 daimi üzvü (Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan) və müşahidəçi üzv Macarıstanın dövlət qurumlarının, eləcə də müxtəlif təşkilatların və diplomatik korpusun nümayəndələri, iş adamları iştirak edirlər.
Forumun məqsədi Türk dövlətləri arasında iqtisadi, biznes və investisiya əlaqələrinin daha da dərinləşməsi, sahibkarlar arasında dialoqun təşviqi, Qarabağ regionunun iqtisadi və sərmayə potensialının xarici iş adamlarına təqdim olunmasıdır.
Forum çərçivəsində ikitərəfli görüşlər, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda investisiya imkanları" mövzusunda xüsusi sessiya, bir sıra sənədlərin imzalanması gözlənilir.