Böyük Qayıdış Proqramına əsasən, Şuşaya 2026-cı ilin sonuna qədər iki min ailə köçürüləcək. İlk 370 ailə isə gələn il birinci rübün sonunadək Şuşada məskunlaşacaq.
Sabahinfo.az xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.
Onun sözlərinə görə, Şuşada bu günə kimi 16 abidə tam bərpa olunub: “Eyni zamanda, bir neçə abidə üzrə bərpa işləri davam edir. Bizim gözləntilərimiz bundan ibarətdir ki, gələn il bu abidələr şəhər sakinləri, həmçinin qonaqlar üçün açıq olsun”