Şuşaya növbəti köç karvanı yola salındı

Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.

Sabahinfo.az xəbər verir ki, Bakı şəhərindən və Abşeron rayonundan köçürülən 19 ailə (72 nəfər) Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından yola salınıb.

Tərtər və Ağcabədi rayonlarından da hərəsində 1 ailə olmaqla köçün yola salınaraq Ağdamda karvana qoşulması nəzərdə tutulub. Bu dəfəki köç zamanı ümumilikdə 79 nəfərdən ibarət 21 ailə doğma yurdlarına qayıdır.