Mayın 15-də Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının inzibati binasında növbəti vətəndaş qəbulunu keçirdik.
Görüş zamanı sakinlərin bir sıra məsələlərlə bağlı müraciətləri dinlənildi. Yerində həlli mümkün olan problemlər dərhal aradan qaldırıldı, digər müraciətlər isə aidiyyəti qurumlara yönləndirilməsi üçün nəzarətə götürüldü.


