Tağı Əhmədovun vəziyyəti pisləşdi - Xəstəxanaya yerləşdirildi

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun səhhəti yenidən pisləşib.

"Unikal"ın əldə etdiyi məlumata görə, o, "Bona Dea" klinikasına yerləşdirilib.

Tağı Əhmədov hazırda həmin klinikada müalicəsini davam etdirir.

Qeyd edək ki, T.Əhmədov 1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi olub. Son zamanlarda onun ayağında ciddi problem yaranmışdı.