Türkiyənin Əfqanıstandakı səfiri Cihad Erginay Talibanın xarici işlər naziri təyin etdiyi Əmirxan Muttaki ilə görüşüb. Bu barədə Taliban sözçüsü Zəbiullah Mücahid sosial şəbəkə hesabında məlumat paylaşıb.
Onun sözlərinə görə, tərəflər humanitar yardım, səhiyyə, əfqan miqrantlar və tələbələrlə bağlı fikir mübadiləsi aparıblar.
Muttaki Türkiyədən Əfqanıstandakı layihələrinin tamamlanmasını rica edib və ikitərəfli münasibətlərin davam etdirilməsi arzusunu ifadə edib.