Professor Seyfəddin Rzasoyun “Dədə Qorqud” eposu III kitabı nəşr olunub.
Sabahainfo.az məlumat verir ki, AMEA Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoyun “Dədə Qorqud” eposu III kitabı nəşr olunub.
Qeyd edək ki, Seyfəddin Rzasoyun “Dədə Qorqud” eposu I kitabı “Qəhrəmanın ölüb-dirilməsi” 2022-ci ildə nəşr olunub. “Dədə Qorqud” eposu II kitabı “Dastanın Alparuz variantının ilk bərpa təcrübəsi” kitabı ötən il dərc olunması xəbəri verilmişdir.
Məlumat üçün qeyd edək ki, kitab professor Seyfəddin Rzasoyun şəxsi vəsaiti hesabına çap olunub, yeni nəşr ödənişsiz oxuculara təqdim olunacaq.
