Sabah Türkiyə tarixində ilk dəfə olaraq Prezident seçkilərinin ikinci turu keçriləcək. Dövlətin ən ali postu uğrunda hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan və Cümhuriyyət xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu arasında mübarizədə qalib səs çoxluğu ilə müəyyənləşəcək. Bütün dünya ölkələrinin gözü o cümlədən Azərbaycan ictimayyətinin də gözü qardaş Türkiyədəki Prezident seçkilərində kimin qalib gələcəyindədir. İnanıram ki, bu tarixi seçkilərdə Rəcəb Tayyib Ərdoğan seçiləcək. Çünki Türk xalqı iradəli və düşüncəli xalqdır. Onlar son 20 ildə Türkiyənin hər sahədə inkişafını və dünyada güc mərkəzindən birinə çevrilməsi Prezident Rəcəb Tayyib Ərdoğana və onun rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının adı ilə bağlıdır. Bütün bu prosesləri izləyən xalq heç vaxt seçimində yanılmaz. Qardaş Türk xalqı 44 günlük Vətən Müharibəsində ilk anından başlayaraq Azərbaycanın yanında oldu, ölkəmizə böyük mənəvi və siyasi dəstək göstərdi. Xüsusilə Cənab Ərdoğanın müharibənin davam etdiyi dövürdə verdiyiyi bəyanatlar üçüncü dövlətlərin Ermənistanın yanında yer alma niyhətlərinin qarşısını aldı. Artıq Azərbaycan və Türk dövlətlərinin qardaş olaraq bir – birlərinə dəstək olmaları dünya ölkələrinə örnək olacaq səviyyədədir. Əminəm ki ,bundan sonra da Azərbaycan qardaş Türkiyənin yenidən seçiləcək Prezidenti Cənab Ərdoğanla birlikdə böyük hədəflərə doğru irəlləyəcək. Biz birlikdə hələ çox zəfərlərə imza atacağıq.
Leyla Allahverdiyeva
SABAHİNFO.AZ saytının xüsusi müxbiri