Tarixi zəmanət

Azərbaycanda gənclər siyasətinin dövlət səviyyəsində aparılması, bu siyasətin dövlətçi­li­yin başlıca amillərdən biri olması böyük tarixi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. İstər Azərbaycanda rəhbərliyinin birinci dönəmində, istərsə də xalqın ciddi tələbi ilə hakimiy­yə­tə qayıdışından sonra bu siyasətə həmişə həssas münasibət olub.

Azərbaycanda milli-azadlıq hərəkatının hərəkətverici qüvvəsi gənclər idi. Onlar Azər­bay­canın dövlət müstəqilliyinin bərpasının dönməz mücahidləri oldular. Ulu Öndər hakimiy­yə­tə qayıtdıqdan sonra respublikada baş qaldıran separatçılığa qarşı kəskin mübarizədə Ulu Öndərin ətrafinda six birləşdilər. Onda bir daha təsdiqləndi ki, Azərbaycan gəncliyi Azərbay­ca­nın, Azərbaycanı sevən, onun sabahları naminə dünyəvi siyasəti dəyişdirməyə qadir olan böyük tarixi şəxsiyyət Heydər Əliyevin ətrafinda six birləşdi.

Azərbaycan gəncliyini daha da mətinləşdirən Ulu Öndər deyirdi: “Bizim bugünkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, xalqını, millətini sevən gənclikdir”. Bu kəlamlar gəncliyə verilən yüksək mənəvi dəyər idi.
Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı sərəncamla 2 fevral Azərbaycanda Gənlər Günü kimi qeyd edilməyə başladı. Ulu Öndərin Gənclər siyasətinin nəticəsidir ki, XXI əsrin Azərbaycan gəncliyi dərin bilikli, məntiqi düşüncəli, intellektual səviyyəli, geniş dünyagörüşlü gənclər kimi formalaşıb.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Ulu Öndərin Gənclər siya­sə­tini də uğurla davam etdirir. Bu gənclər Vətən müharibəsində qazanılan zəfərin öncüllə­rin­dən oldu. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Vətən müharibəsində xalqa müraciətində dedi: “Bütün nəsillərdən olan vətəndaşlarımızın bu qələbədə böyük zəh­mə­ti var, ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil ye­ri­nə yetirdi”.

Azərbaycan gəncliyi işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərində də nəyə qadir olduğunu azərbaycançılığa, dövlətə, dövlətçiliyə sədaqətlə təsdiqləyəcəkdir. Gənclər Günü gənclərimizin dövlətçiliyə sevgisinin tarixi zəmanətidir...

Səbinə XASAYEVA,

Milli Məclisin Deputatı