Tayvan sahillərində baş verən güclü zəlzələ nəticəsində azı 4 nəfər ölüb, ən azı 97 nəfər yaralanıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə Tayvanın "Zhongshi Xinwenwan" informasiya portalı məlumat yayıb.
***
08:21
Tayvan adasının şərq sahillərində güclü zəlzələ olıub.
Sabahinfo.az xarici mətbuata istinadla xəbər verir kİ, 7,3 bal gücündə olan yeraltı təkan nəticəsində 1 nəfər ölüb, 56 nəfər xəsarət alıb.
Bir neçə binanın dağıldığı, ölən və xəsarət alanların da həmin binaların sakinləri olduğu bildirilir.
Axtarış işləri aparılır. Ölü və yaralı sayının atracağən ehtimalı var.
Yaponiyanın səlahiyyətli qurumları Tayvan adasına yaxın adalarda, o cümlədən Okinava prefekturasında sunami xəbərdarlığı elan edib.
Bundan başqa, Çinin materik hissəsində və Filippində də sunami xəbərdarlığı elan olunub.
Zəlzələdən sonra maqnitudası 3,4-6,5 arasında dəyişən 20-dən çox yeni təkan qeydə alınıb.