TDT Baş katibi: “Türk dövlətləri Qarabağ müharibəsində Azərbaycanı tək qoymadılar”

“Türk dövlətləri (İkinci) Qarabağ müharibəsində Azərbaycanı tək qoymadılar”.

Sabahinfo.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömuraliyev deyib.

O bildirib ki, Türk dövlətləri bundan sonra da həmişə birlikdə olacaq.

Baş katib, həmçinin xatırladıb ki, fövqəladə toplantının Türkiyədə keçirilməsi ilə bağlı təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyev irəli sürüb.