Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilən. Şair, yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü, Prezident təqaüdçüsü, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Gülzar İbrahimova oxuculara “Çin hekayəti” nağılını təqdim etdi.
“Çin hekayəti”ni yazmaq ideyası nağılçı nənəyə dünyada yayılan koronavirus xəstəliyindən sonra yaranıb. Bu xəstəliyin məhz Çində başlaması bir yazıçı kimi onu çox düşündürdü və o, Çin tarixini araşdırmağa başladı. Ensiklopedik tarixi araşdırmalardan sonra bir çox faktlar aşkar etdi ki, Çində 1958-ci ildə təbiətin, təbiətdəki canlıların balansı pozulub. Taxılı xilas etmək üçün dövlətin yanlış qərarından sonra kütləvi şəkildə sərçələr məhv edilib və bundan sonra taxıl digər ziyanlı həşəratlar tərəfindən elə yayarsız hala salınıb ki, milyon tonlarla taxıl az bir vaxtda korlanıb bu isə milyonlarla insanın ac qalmasına və ölümünə səbəb olub. Hökumət gec də olsa səhvini başa düşüb və başqa ölkələrdən – çox da Rusiyadan vaqonlarla sərçə alıb, ölkəsinə gətirib. Təbiətin balansını bu yolla tənzimləyib.
Müəllif hekayədə təbiətin daima qayğısına qalmağın, təbiəti və orada yaşayan canlıların qorumağın vacibliyini uşaqlara çatdırır.
https://drive.google.com/file/d/1h7w4ISVglYmK8zWsnPv5Aedkk6eiqHf_/view?usp=drivesdk