TƏBRİK

Bu il mənə ilk bibi statusu qazandıran, arxam, dayağım yeganə qardaşımın ilk övladı Bayramov Eynar ali məktəb ünvanlı bir yolun yolçuluğuna çıxacaq. Uşaqlıqdan fəhmi, zəkası ilə yaşldlarından seçilən məzunumuz təhsil aldığı 299 saylı məktəbin IX sinfini fərqlənmə attestatı ilə başa vurub, "Kaspi" liseyinin nümunəvi şagirdi kimi oranı da müvəffəqiyyətlə başa vurub ali təhsilini l qrupda davam etdirmək üçün sənədlərini təqdim etmiş və şükürlər olsun 626 balla arzusunu reallaşdıraraq, tələbə adını qazandı. Təbii ki, bütün bu uğurların aexasında ilk növbədə İlahinin əli, sonra da baş tacımız, hər birimizin üzərində əvəzsiz zəhməti olan nənəsinin əziyyəti danılmazdır.
  Bu yolda Eynara uğur, müvəffəqiyyət və zirvələrə yüksəlmə şansı diləyir, addımlarının mətin, səsi-sədası, xoş sorağıyla fəxrimiz olmasını diləyirəm.