TƏBRİK

Bu gün Milli Məclisin deputatı İltizam Yusifovun doğum günüdür. 

DEPUTAT HAQQINDA

Yusifov İltizam Balayusif oğlu 01 dekabr 1963-cü ildə Əli-Bayramlı şəhərində (indiki Şirvan şəhəri) anadan olub. Şəhər 9 saylı orta məktəbini bitirib. Moskva Enetgetika institutunun məzunudur.

Əmək fəaliyyətinə 1986-cı ildə NeftGazAvtomat Elmi-İstehsalat Birliyinin (Sumqayıt) Avtomatika və Telemexanika zavodunda başlayıb. Sonradan "Shirvan Oil" Birgə Müəssisəsində əmək fəaliyyətini davam etdirib. 2003-cü ildən həmin müəssisədə rəhbər vəzifə olub Müəssisənin Bölgə direktoru olub, Shirvan Operating Company ltd" Vitse-Prezidenti vəzifəsində olub.

MİLLİ MƏCLİSDƏ FƏALİYYƏT

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü olan İltizam Yusifov komitədə gündəliyə çıxarılan məsələlərin müzakirəsi və qəbulunda xüsusi fəallığı ilə seçilən deputatlardandır. Medai ilə sıx əməkdaşlıq edən millət vəkili ekoloji tarazlığın qorunması, təmsil etdiyi Şirvan şəhərində, Hacıqabul gölünün ekoloji durumu ilə bağlı təkliflərini zaman-zaman dilə gətirib. 

BEYNƏLXALQ FƏALİYYƏT

Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi, Avronest Parlament Assambleyası, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyası, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının üzvü olan İltizam Yufisov bu təşkilatların tədbirlərində ölkəmizi layiqincə təmsil edir. Tədbirlərdə fəallığı ilə seçilir. 

 

SABAHİNFO.AZ saytı olaraq İltizam Yusifovu doğum günü münasibəti ilə semimi qəlbdən təbrik edir, ona fəaliyyətində uğurlar arzu edirik.