Bu gün yerli vaxtla saat 08:16-da Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində baş verən zəlzələ ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları gücləndirilmiş iş rejiminə keçirilib.
TƏBİB-dən Sabahinfo.az-a verilən məlumata görə, zəlzələ ilə bağlı “103” xidmətinə edilən çağırışların sayında artım müşahidə olunmayıb.
Eyni zamanda tibbi xidmət ehtiyacının yarana bilmə ehtimalı nəzərə alınaraq, TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
***
09:36
Dekabrın 7-də saat 08.17 radələrində Xəzər dənizində baş verən 5.6 maqnitudalı zəlzələ ilə əlaqədar bu ana olan məlumata görə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə heç bir müraciət daxil olmayıb.
Sabahinfo.az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova məlumat verib.