Tələbələri üçün maarifləndirici tədbir

Mədəni İnkişaf və Dialoq İctimai Birliyi icra etdiyi layihəyə uyğun olaraq daha bir tədbiri reallaşdırıb. 19 aprel 2022-ci il tarixində, Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə yardımı və 2 nömrəli Bakı Baza Tibb Kollecinin rəhbərliyinin təşkilatı dəstəyi ilə kollecin akt zalında “Zəfər Yolunun hədəfləri azərbaycançılıq birliyi işığında” mövzusunda maarifləndirmə və məlumatlandırma seminarı keçirilib.

Seminarda kollecin rəhbərliyi və tələbələr iştirak edib. Seminarın əsas məqsədi Zəfər çalmış ölkəmizdə azərbaycançılıq işığının xalq-dövlət-ordu birliyi vəhdəti haqda məruzələr etməklə yanaşı, Zəfər Yolunun hədəfləri, ərazi bütövlüynün bərpası kimi məsələlər ilə bağlı məlumat verməklə, bu haqda dəlil və faktlara söykənən təsəvvür yaradılmasına, müvafiq əyani vəsaitlərin – mövzu ətrafında hazırlanmış materiallar və s. paylanması ilə bilgi və məlumatların genişləndirilməsinə nail olmaq idi.

Seminarı qısa giriş sözü ilə Kollecin baş müəllimi Mehriban Babayea açaraq, seminar aparıcılarını təqdim etmiş və ilk sözü məruzəçi professor Rəna Mirzəzadəyə verib. Məruzəçi “Zəfər Yolunun hədəfləri” mövzusunda çıxış edib. Daha sonra ikinci mühazirəçi fəlsəfə doktoru Hüseyn İbrahimov “Azərbaycançılıq birliyiyi və 44 günlük müharibənin qələbə ilə başa çatmasına müsbət təsiri ” mövzusunda çıxış etmişdir. Hər iki mövzu aktuallığı ilə əlaqədar maraqla qarşılanmışdır. Kollecin “hərbi-tibbi hazırlıq” üzrə baş müəllimi, İ Qarabağ müharibəsinin qazisi, İİ Qarabağ müharibəsinin iştirakçısı Əvəz Verdiyev tədbirlə bağlı öz fikirlərini bildirib. Mövzu ətrafında iştirakçılarla fikir mübadiləsi aparılıb.

Yekunda seminar-treninq iştirakçıları maraqlı aktual mövzuda tədbir üçün Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə, ictimai təşkilatatın nümayəndələrinə öz təşəkkürünü bildirib.

Cavab olaraq professor Rəna xanım Mirzəzadə yaradılmış şərait üçün Kollecin və Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə öz təşəkkürünü bildirib.