"Azərbaycanda epidemioloji durum stabil olaraq qalır, hər il olduğu kimi fon səviyyəni aşmır".
Adalet.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, statistik göstəricilər onu deməyə əsas verir ki, ölkədə koronavirusun yayılması kiçik həddədir: "Son vaxtlar yoluxma sayında artımlar olsa da bu hallar kütləvi deyil".
T.Eyvazov bildirib ki, istər koronavirus, istərsə də bütün respirator viruslardan qorunma yolları eynidir: "Yəni pandemiya dövründə öyrəndiyimiz qızıl qaydalar bizləri qoruya bilər. Risk qruplarına daxil olan insanların isə bundan əlavə qrip və koronavirusdan peyvənd vasitəsi ilə də qorunmaları tövsiyə olunur".