Tovuzda qəsdən adam öldürməkdə təqsirləndirilən Eldar İbrahimovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Sabahinfo.az xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər məhkəməsinə göndərilib.
Cinayət işinə hakim Roman Ələkbərlinin sədrliyi ilə baxılacaq.
Məhkəmənin hazırlıq iclası martın 12-nə təyin edilib.
Qeyd edək ki, hadisə Tovuz rayonu Aşağı Öysüzlü kəndinin "Ağ dağ" deyilən ərazidə yerləşən fermaların birində baş verib. Qətlə yetirilən 1998-ci il təvəllüdlü Nicat Habil oğlu Məmmədov ferma sahibinin oğlu olub.
Hadisəni törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Eldar İbrahimov isə orada çoban olub.
Hadisəni Nicat Məmmədovun olduğu otaqda baş verdiyi bildirilir. Cinayəti törətməkdə şübhəli bilinən şəxs daha sonra fermanı yandırıb.
Aparılan araşdırmalarla Tovuz rayon sakini, qeyd edilən fermada çoban işləyən Eldar İbrahimovun aralarında yaranmış mübahisə zamanı Nicat Məmmmədovun baş nayihəsindən dəmir alətlə vuraraq qəsdən öldürməsi və daha sonra cinayəti gizlətmək üçün fermanı yandırmasına əsaslı şübhələr müəyyən edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi aparılır.