Toya gedən qadının başına iş gəldi

Bakıda şadlıq sarayında toy zamanı oğurluq hadisəsi baş verib.

Oğurluq hadisəsi Nizami rayonu, Məhsəti küçəsi 25 ünvanında yerləşən Xudafərin şadlıq evində baş verib. 

Toya qonaq qismində qatılan Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Tahirə Ağayevanın mobil telefonu masanın üzərindən oğurlanıb. 

Hadisə ilə bağll Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb və iş araşdırılması üçün Rayon Polis İdarəsinə göndərilib.