Tramp Maska Ağ Evdə iş verə bilər

Amerikalı milyarder İlon Mask 2024-cü ilin noyabrında ABŞ prezidenti seçilərsə, Donald Tramp administrasiyasında işə cəlb oluna bilər.

Sabahinfo.az xəbər verir ki, bu, Trampın Mask ilə "X"da müsahibəsi zamanı müzakirə olunub.

Söhbət zamanı İlon Mask Trampın Ağ Evə qayıdacağı təqdirdə administrasiyadakı vəzifələrdən birinə namizədliyini irəli sürüb. Milyarderin fikrincə, bu, "dövlət xərclərini saxlamağa" kömək edə bilər.

"Düşünürəm ki, bu işlərə baxacaq və vergi ödəyicilərinin pullarının, zəhmətlə qazanılan vergi ödəyicilərinin pullarının düzgün xərclənməsinə əmin olacaq hökumətin səmərəlilik komissiyasının olması çox gözəl olardı. Mən bu mandatda kömək etməkdən məmnun olaram", - Mask ifadə edib. 

Eyni zamanda Tramp, milyarderin şirkətlərində etdiyi xərcləri azaltma hərəkətlərinə istinad edərək onun "gözəl iqtisadçı" olduğunu vurğulayıb.