Tramp Putinlə Ukrayna məsələsində vasitəçi olmadan danışacaq

ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukraynadakı münaqişənin heç bir vasitəçi olmadan həlli üçün Rusiya lideri Vladimir Putinlə dialoqa getməyə hazır olacaq.

Sabahinfo.az xəbər verir ki, bu barədə TASS-a Respublikaçılar Partiyasının yüksək vəzifəli funksioneri bildirib.

“Şübhəsiz ki, o, Putinlə dialoqa başlayacaq və bunu vasitəçilərsiz edəcək”, - agentliyin həmsöhbəti Trampın Putinlə Ukrayna üzrə dialoqa hazır olması ilə bağlı sualı cavablandırarkən deyib.