Tünzalə yeni imicindən şikayətləndi: “Tərləyirəm” - VİDEO

Xalq artisti Tünzalə Ağayeva paytaxt restoranlarından birində səhnəyə çıxıb. 

Xəzər TV-də yayımlanan “Şourum” verilişinə danışan Tünzalə qısa müddət əvvəl dəyişdiyi imicindən danışıb.

Xalq artisti yeni görünüşündən şikayətlənib. Tünzalə saçının ona səhnədə olarkən çətin anlar yaşatdığını bildirib:

“Səhnədə çox tərləyirəm. Oxuyuram, su axır saçımdan... Mahnının ortasında fen axtarıram. Amma tamaşaçı səni gözəl görmək istəyir. O gözəlliyi də daşımaq lazımdır. Sən tərlədin, ya da sənə xoş olmadı - bunun heç birinin tamaşaçıya aidiyyəti yoxdur. Hərdən səhnədə elə korsetlər geyinirik ki, nəfəs də ala bilmirik. Elə dikdaban ayaqqabılar olur ki, bəzən üzərində dayanmaq çətin olur”.

Daha ətraflı süjetdə: