Türkiyə Rusiya vətəndaşlarının evidir.
Sabahinfo.az xəbər verir ki, bu sözləri Türkiyənin Mədəniyyət və Turizm naziri Mahir Ünal deyib.
"Rusiya vətəndaşları əvvəllər olduğu kimi təhlükəsiz şəkildə ölkəmizdə istirahət edə bilərlər. Bu onların təbii haqqıdır. Türkiyə qonaqpərvər bir ölkədir. G20 zirvə sammitində də hər kəs bunun şahidi oldu”, - deyə nazir bildirib.
Mahir Ünal onu da əlavə edib ki, yaxın zamanda Türkiyə və Rusiya arasında turizm sahəsi bağlı müzakirələrin aparılması gözlənilir.