Türkiyə rəsmiləri Amerika tərəfinin yeni F-16 Block-70/72 döyüş təyyarələrinin alınması və mövcud təyyarələrin modernləşdirilməsi ilə bağlı göndərdiyi təklifin qəbul edilməsi məktubunu imzalayıb.
Sabahinfo.az xəbər verir ki, söhbət 23 milyard dollarlıq layihədən gedir. ABŞ Dövlət Departamenti bu faktı sövdələşmənin həyata keçirilməsi istiqamətində ciddi addım adlandırıb.
Xatırladaq ki, Ankara 2024-cü ilin fevralında Vaşinqtondan yeni döyüş təyyarələrinin alınması və köhnələrinin modernləşdirilməsi ilə bağlı sazişin həyata keçirilməsinə dair təklif və təsdiq məktubları layihəsi alıb. Sövdələşmə yanvar ayında Amerika səlahiyyətliləri tərəfindən təsdiqlənib.
Ümumilikdə Türkiyə biryerlik (F-16C) və ikiyerlik (F-16D) variantlarında 40 ədəd F-16 Block-70/72 qırıcısı, eləcə də türk təyyarələrinin təkmilləşdirilməsi və genişləndirilməsi üçün lazım olan 79 avadanlıq dəsti almağı planlaşdırır.