Ağdam rayonunda Türkiyə-Rusiya birgə monitorinq mərkəzində xidmət edən Türkiyə hərbçilərinin ölkədə qalma müddətinin daha bir il uzadılması planlaşdırılır.
Sabahinfo.az xəbər verir ki, bu barədə qərarı Türkiyə prezidenti Rəcəb Ərdoğanimzalayıb. Layihə bu həftə parlamentə göndəriləcək və Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılacaq.